VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Salyan rayonunda xəstəxanada işıqların sönməsi nəticəsində dünyasını dəyişən körpələrin yaxınları xəstəxanaya hücum çəkib.

BAKU.WS report-a istinadən xəbər verir ki, uşaqların yaxınları xəstəxanada həkimlərdən izahat tələb edir. Videodan da göründüyü kimi, uşaqların dünyaya gətirmək üçün 500 AZN rüşvət alan həkimlər fakt qarşısında aciz qalırlar. 

Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva iyunun 20-də Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib.

Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin genarator nasaz vəziyyətdə olduğundan işləməyib.
 
BAKU.WS