Bakıda fəhlə yıxılaraq ölüb

Bakıda fəhlə yıxılaraq ölüb
Hadisə 143

Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda fəhlə iş başında öldü

Azərbaycanda fəhlə iş başında öldü

İyulun 2-də Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat da...

576 Hadisə 11:50 03 iyul 2021

Son xəbərlər