SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

*** 14:35

Tanınmış meyxanaçı Cavid Sumqayıtlı saxlanılıb.

BAKU.WS "sfera.az"a istinadən xəbər verir ki, o, bir neçə gün öncə Sumqayıt Şəhər Polis əməkdaşları tərəfindən yaxalanıb.

Cavid Sumqayıtlının üzərindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS