SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizov barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS xəbər verir ki, faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət Məcəllənin 263.3 madəsində qeyd olunur ki, 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, ötən gün aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olmuş, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılmış, 17 nəfərin müalicəsi isə davam edir

BAKU.WS