VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İyunun 15-dən Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə ANS TV-nin efirində daxili işlər naziri Ramil Usubov bildirib.

Onun sözlərinə görə, məqsəd Bakıda keçiriləcək "Formula-1” yarışlarında təhlükəsizliyin təmin edilməsidir: "Yarışın keçirildiyi yerdə təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin 3 minə yaxın əməkdaşı cəlb edilib. Bu 3 min adam yarış zonasında olacaq. Amma paytaxtda yarış günlərində təhlükəsizliyin təmin edilməsi üçün bütün Bakı qarnizonu cəlb edilib”.

Ramil Usubovun sözlərinə görə, həmin əməkdaşların bir hissəsi xüsusi geyimdə olacaq. Konkret olaraq, minə yaxın əməkdaş xüsusi zirehli jiletlər geyinəcək, fərqləndirici geyimdə olacaq.

Daxili işlər naziri "Formula-1” yarışlarına tamaşa etmək üçün gələcək vətəndaşlara tövsiyə də verib: "Tamaşa meydançalarına kəsici alətlər, tez alışan vasitələr, vətəndaşlara xəsarət yetirə biləcək bərk maddələr gətirmək olmaz. Kiçik qablarda su və şirə gətirmək olar, amma bunlar şüşə yox, plastik qablarda ola bilər”.
 
BAKU.WS