Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
01
dek
2025
09:57
Pirəkəşkül və Ağdərədə 1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məhv etmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - nazirliyin müraciətində qeyd olunub.
Oxşar xəbərlər
Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi
Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib. BAKU.WS Qafqazinfo"ya istinadən xəbər verir ki, 63...