SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əksd etdirmir:

"Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb".

BAKU.WS