Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? – RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, həmin zaman polis əməkdaşları vətəndaşı döyməyiblər.
“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.
E.Hacıyev əlavə edib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil: “Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”, - deyə Elşad Hacıyev bildirib.
Oxşar xəbərlər
Videosu yayıldığı üçün işini itirən polislər... - VİDEO
Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbu...