Güclü sel Tovuzda ciddi fəsadlara yol açdı

17
sen
2021
23:42
Tovuz rayonunda güclü sel güclü fəsadlara yol açıb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış sel və daşqınlara səbəb olub. Xüsusən Tovuz rayonun Yanıqlı və Əsrikcırdaxan kəndindlərində sel suları kənd yollarını yuyub, orta məktəbin binasına və bəzi evlərə dolub.
Bundan başqa, sakinlərin əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndinə elektrik enerjisinin verilişi dayanıb. Dəyən ziyanın aradan qaldırılması üçün kəndlərə İcra Hakimiyyətinin rəsmiləri cəlb ediliblər.
Oxşar xəbərlər
Azərbaycanda çaylar daşdı, sel suları ciddi fəsadlara yol açdı - VİDEO
Dünən axşam saatlarından başlayan aramsız yağışlar Goranboy rayonunda ciddi fəsadlara yol açıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, sel suları nə...
