Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapılıb - FOTO

Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.
BAKU.WS Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib. Faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...
