13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Lent.az verilən məlumata görə qurumun əməkdaşı Fəxrəddin Səmədov iyunun 7-də səhər saat 9.30 radələrində işlədiyi qaraj ərazisində ehtiyatsızlıqdan yüngül dərəcəli yanğın xəsarəti alıb.

Hadisə yerinə dərhal tibb yardım maşını çağırılıb və Fəxrəddin Səmədov xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti yaxşıdır, həyatına təhlükə yoxdur və gələn həftədən ev şəraitində müalicəsini davam etdirəcək.
 
Məlumatda o da bildirilib ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən qeydiyyata alınıb, araşdırma aparılır.

BAKU.WS