SİZİN REKLAM BURADA!
055 213 76 73


2021-ci il avqustun 23-də ölkə üzrə 415 ictimai iaşə obyektində 703 monitorinq keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-ə verilən məlumata görə, monitorinqlər zamanı altı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular Bakı şəhəri, Yasamal‎, Binəqədi, Sabunçu, Xətai, Nərimanov rayonunda yerləşən ictimai iaşə müəssisələrində aşkar edilib.

BAKU.WS