SİZİN REKLAM BURADA!
055 213 76 73


20 avqust tarixində Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı 0,2 ha sahədə quru ot və kol-kos yanıb. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

***

20.08.2021/ 23.11

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

20.20

Oğuzda dağlıq ərazidə yanğın başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, yanğının baş verdiyi ərazi Nazar çayının sağ sahilidir.

BAKU.WS