SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Sosial şəbəkələrdə maraqlı foto paylaşılıb. 


BAKU.WS məlumat verir ki, fotoda yol polisi əməkdaşının "London taksisi” nə motosikleti yerləşdirməyə cəhd etməsi əks olunub. Yol polisinin motosikletin sürücüsü və onun sərnişini olan qızı yerə düşürərək nəqliyyat vasitəsini cərimə meydançasına aparmağa  cəhd etməsi iddia olunur. 


Hadisəni sosial şəbəkədə qeyd olunan kimi təqdim edirik: 

"Elə oldu ki, yol polisi işçisi motosikletlə hərəkət edən qız-oğlan cütlüyünü saxlayır. Sənədləri yoxlayan zamanı mübahisə düşüb, yol polis işçisi qışqıraraq "gör indi sənin başıva nə açıram”- deyib, yoldan keçən "badımcan” taksini saxlayır, qapını açıb motosikleti götürüb zorla içinə yerləşdirir.

Bu an taksi sürücüsü narazılığını bildirki ki bəs "ay kişi sən nə edirsən, bu adam daşımaq üçün taksidi, evakuator deyil!...” 

Polis cavab qaytarır ki "Kəs səsini, mənə ağıl öyrətmə, bu gün də evakuator kimi işləyərsən heç nə olmaz, davay sür bölməyə"... Motosikletdən düşürülən qız-oğlan və ətrafdakılar sakitcə kənarda durub polisin bu biabırçılığına gülərək tamaşa edirdilər”.

 

BAKU.WS