Türkiyədə meşə yanğınlarının sayı 5-ə enib

01
avq
2021
13:13
Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün tvitterdəki hesabında bildirib.
O, qeyd edib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb.
"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - deyə nazir sosial şəbəkədəki hesabına yazıb.
Oxşar xəbərlər
Türkiyədəki yanğınlarla bağlı son məlumat
“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”. BAKU.WS “Report”a...
