13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.

BAKU.WS Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında kənd sakini Sahib Məmmədov mal-qaranı naxırdan gətirən zaman baş verib. Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan S.Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb. Hadisə zamanı 6 baş qoyun tələf olub. Xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

Hadisə zamanı xəsarət alan S.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi və ilkin tibbi yardımından sonra evə buraxılıb.
 
BAKU.WS