Şəmkirdə polisə zor tətbiq edən şəxs barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, məlum hadisə ilə əlaqədar Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə rayon prokuroluğuna göndərilib. Rayon məhkməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmala davam etdirilir.

BAKU.WS