SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan prezidenti İlham Əliyev icra başçılarının yerdəyişməsi ilə bağlı sərəncamlar imzalayıb.

 

BAKU.WS-in məlumatına görə, Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

Dövlət başçısının digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Sumqayıtın əvvəlki icra başçısı Eldar Əziz oğlu Əzizov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

Ziya Səccad

BAKU.WS