SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Kooperasiya Universitetinin Pedaqoji fakültəsinin dekanı Zakir Əliyev vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə "report"a universitetdən məlumat verilib.

Bildirilib ki, Z.Əliyev 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Əliyev 1957-ci il fevralın 5-də Cəlilabad rayonu Gülməmmədli kəndində anadan olub. O, 2014-cü ildən isə “Pedaqoji” fakültənin dekanı vəzifəsində çalışırdı.

Z.Əliyev 1979-1985-ci illərdə Cəlilabad rayonunda orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini və məktəb direktoru işləyib.

1985-ci ildən hazırkı dövrə qədər AKU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1989-cu ildə "VII-IX əsrlərdə Azərbaycanda pul tədavülü" mövzusunda dissertasiya işini müdafiə edərək "Tarix elmlər namizədi" adını alıb.

1993-cü ildə humanitar fənlər üzrə dosent elmi adını alıb. 5 elmi əsərin, 1 monoqrafiyanın, 82 elmi məqalənin müəllifidir.

1993-cü ildən 2003-cü ilə qədər “Humanitar” fənlər kafedrasının müdiri, 2007-ci ildən 2012-ci ilə qədər “Tarix” kafedrasının müdiri, 2012-ci ilin fevral ayından, 2014-cü il sentyabr ayına qədər “Magistratura” şöbəsinin müdiri vəzifəsində çalışıb.

BAKU.WS