Metroda problem yarandı

14
iyn
2021
14:47
Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, nəticədə metronun "28 may"-"Gənclik" istiqamətində 30 saniyə gecikmə olub: "Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb".
B. Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.
Oxşar xəbərlər
Metroda gecikmə olub - SƏBƏB "İçərişəhər"də qatarda nasazlıq
Metroda qatarların hərəkətində problem yaranıb."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki...
