Hacıqabulda 2 yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

11
iyn
2021
23:44
Hacıqabul rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri, Savalan küçəsi 10-da qeydə alınıb.
Həmin ünvanda yaşayan, 2019-cu il təvəllüdlü Əmirli Səid Seymur oğlu valideynlərinin nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.
Nəticədə uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Azyaşlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadının ona xəyanət etdiyini bilən kişi “ideal plan” qurdu, özü tutuldu — Şəkidə şok hadisə
Şəkinin Baltalı kəndində ailə münasibətləri zəminində qeyri-adi hadisə baş verib.“Ölkə.Az” xəbər verir ki, Şəkinin Baltalı kən sakini Əskərov Seymur Şamil oğlu...