SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda qeyri-adi xuliqanlıq baş verib.

BAKU.WS xəbər verir ki, dünən günorta saatlarında Yeni Ramana qəsəbəsi ərazisində gənc xanım qonşuluqda park edilən avtomobili dəmir parçası ilə cızıb.

Bu barədə avtomobilin sürücüsü Taleh Məhərrəm oğlu Seyfullazadə BAKU.WS-in “qaynar xətti”nə şikayətində bildirib.

“Qohumumuza qonaq getmişdim. Həmin gün idarə etdiyim “Toyota” markalı, 99 PL 314 dövlət nömrə nişanlı avtomobili qohumumuzun qapısının qarşısında saxlamışdım.

Qohumumun qonşusu, gənc qadın çıxıb və maşınımı cızmağa başlayıb. Hadisənin görüntüsü ərazidə quraşdırılan müşahidə kamerasına düşüb”, - deyə Taleh Seyfullazadə bildirib.

O əlavə edib ki, bu hadisədən sonra ona min manatdan çox zərər dəyib.

O, bu barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edib.

Bölmədən BAKU.WS-ə bildirdilər ki, məsələ ilə bağlı izahatlar alınıb və araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı zərər çəkən Taleh Seyfullazadə Vətən Müharibəsi iştirakçısı olub və qəhrəmanlığına görə fəxri fərmana layiq görülüb.

Avtomobili cızan şəxs isə Aygün Qocayeva adlı xanımdır və onun orta məktəbdə müəllim işlədiyi bildirilib.

BAKU.WS
VİDEO