12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 12-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında – azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 12 yaşlı Tapdıq Qəhrəmanovun öldüyü hadisənin təfərrüatı məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailənin qonşuları sosial şəbəkədə hadisə zamanı yeniyetmənin "Smart" markalı kiçikölçülü avtomobili özünün idarə etdiyini bildiriblər.
Məlumata görə, bir müddət əvvəl valideynləri Tapdıqa həmin avtomobili hədiyyə ediblər. Lakin sürücülük üçün yaşı çatmadığından uşağın yola çıxmasına icazə verilməyib. Hadisə günü isə yeniyetmə atasından xəbərsiz avtomobili sürərək küçəyə çıxıb və qəza törədib. Nəticədə, o həyatını itirib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...