12 il əvvəl Rusiyada qadını zorlayaraq öldürənlər Bakıda hakim qarşısına çıxarılıblar
12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Daha sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.
Dekabrın 17-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə Seymur Məmişov və Elşən Xuduyevin sərbəst ifadələri dinləniləcək.
Qeyd edək ki, ittihama görə, hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan Respublikası ərazisində baş verib. Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Aslanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmişdən əvvəl ona cinsi təcavüz ediblər. Sonra izi itirmək məqsədilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.
Toplanmış sübutlar əsasında cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda "avtoşluq" edən avtobus sürücüsü - Elə bil finişə tələsir...
Bakının Tbilisi prospektində 65 nömrəli marşruta məxsus avtobusunun sürücüsü təhlükəli ötmə manevri edib. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şə...