Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
06
apr
2026
09:40
Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 6-10 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bakıda ağac maşının üzərinə aşdı
Avtomobilin üzərinə ağac aşan əraziyə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub. BAKU.WS-in məlumatına görə, yaranan problem birl...