VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

"Oxu.az" saytının əldə etdiyi məlumata görə, mərhum hazırda doğulduğu kənddə torpağa tapşırılır. Mərhumun atası Məhərrəm Əhədov Bakıda “MIR” avtosalonun sahibidir.

***09:35

Bakı şəhərində intihar hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Əhmədov Vəfail Mirməhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

BAKU.WS