SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtda fəaliyyət göstərən gecə klublarından birində hesabı ödəyib gedən gənc oğlan hücuma məruz qalıb. Polis quldurluqda şübhəli bilinənləri qısa zamanda həbs edə bilib.

ANS TV-nin verdiyi məlumata görə, Nizami rayon polis idarəsinin əməliyatçıları Bakı sakini Vasif Namazova qarşı quldurluq etməkdə şübhəli bilinən 4 nəfəri yaxalayıb. Hadisə rayon ərazisində fəaliyyət göstərən gecə klublarından birinin yaxınlığında baş verib.

İşi araşdıran müstəntiq Tural Hüseynovun verdiyi məlumata görə Keşlə qəsəbə sakinləri 23 yaşlı Elvin Abbaszadə, həmyaşıdları Vahid Şirinov , Şahin Kərimov və Füzuli rayon sakini 25 yaşlı Rəşad Məhərrəmovla birlikdə gecə klubunda istirahət edən zaman Vasif Namazovun ofisianta hesab verməsini görüblər. Namazov pulu cibindən çıxaranda Rəşad Məhərrəmov onda kifayət qədər pulun olduğunu müşahidə edib.

Saxlanılaraq istintaqa təhvil verilən 23 yaşlı Elvin Abaszadə ilə Şahin Kərimov quldurluq hadisəsində iştirak etməkdiklərini bildiriblər. Elvinin sözlərpinə inansaq, Rəşadla Vahidi məhlə uşaqları kimi tanıdığından onlarla gecə klubuna getməyə razılaşıb. Çölə çıxanda onların quldurluq edəcəyini bilməyib.

Elvinlə Şahinin cinayətdə iştirak etməməsini Keşlədəki avtoyuma məntəqələrindən birində yuyucu işləyən Vahid Şirinov da təsdiqləyib. Şirinovun sözlərindən belə çıxır ki, zərərçəkmişə yaxınlaşan onunla Rəşad olub.

Zərərçəkmiş ərizəsində cibindən 800 manat pulun aparıldığını bildirib. Vahid Şirinov on manat götürdüklərini bildirib. Qaranlıq məsələyə aydınlığı Füzuli rayon sakini 25 yaşlı Rəşad Məhərrəmov gətirib.
Zərərçəkmişin pulunu götürəndən sonra isə Rəşad doğma Füzuli rayonuna qaçıb.

Faktla əlaqədar Nizami rayon polis idarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin başqa bu kimi cinayətlərdən iştirakı və dəstənin başqa üzvlərinin olubolmaması araşdırlır.
 
BAKU.WS