Kafe sahibini ölümlə hədələyən şəxs saxlanıldı

21
apr
2021
12:37
Aprelin 19-da Göygöl şəhərində A.Hüseynovun münaqişə zəminində E.Ağakişiyevin işlətdiyi kafenin qarşısına yığdığı stol və stulları yandırması və ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov saxlanılıb.
Onun evinə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi, 19 ədəd patron və 1 ədəd patron kəməri aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...
