SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskvanın Xovanskoye qəbristanlığında 500 nəfərin iştirakı ilə baş verən kütləvi davaya müdaxilə zamanı çəkilən görüntülər ortaya çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, OMON-nun müdaxiləsinə kimi davada iştirak etmiş şəxslər ən müxtəlif odlu və soyuq silahlardan istifadə edib. Onların Rusiya paytaxtındakı müxtəlif etnik qruplaşmaları təmsil etdiyi bildirilir. Dava əsnasında baş vermiş atışmada 3 nəfər güllə yarası alıb.
 
Bundan sonra davanın qarşısını alan OMON-lar miqrantları sakitləşdirib və yerə oturmağa məcbur edib. Daha sonra davada iştirak edənlər saxlanılıb və haqqlarında cinayət işi açılıb. 
 
Araşdırma zamanı məlum olub ki, dava zamanı 3 Tacikistan vətəndaşı öldürülüb.

BAKU.WS