Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xalq aristi Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

***12:38

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, məsciddə mərhum üçün cənazə namazı qılınır.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

BAKU.WS
QALEREYA