Azərbaycanda bir gündə 43 yanğın olub - VİDEO

07
apr
2021
12:24
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.
Oxşar xəbərlər
FHN ötən gün baş verən hadisələrin əməliyyat görüntülərini yaydı - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmas...
