SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin tanınmış aktyoru Yalçın Güzelce vəfat edib.
 
BAKU.WS məlumat verir ki, "Kurtlar Vadisi” kimi bir çox seriallarda, filmlərdə rolan alan, Yeşilçamın usta aktyorlarından olan Yalçın Güzelce 64 yaşında dünyasını dəyişib.

Aktyor 5 il əvvəl beynində şiş olduğu üçün əməliyyat olunmuşdu. Son günlər isə səhhəti yenidən pisləşmişdi.
 
Tanınmış aktyorun ölüm xəbəri onu sevənləri kədərləndirib.
 
Ayşən Ayxan
BAKU.WS