SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb.

İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

****11:23

Bakıda güclü külək bir sıra fəsadlara səbəb olub. 

BAKU.WS xəbər verir ki, külək Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin dam örtüyünü yerə atıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Külək şəhərin mərkəzi küçələrində ağacları da aşırıb. 

Hadisə yerindən görüntüləri təqdim edirik: 

BAKU.WS
VİDEO

QALEREYA