SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saatlarından Bakı şəhərinin bir neçə əsas prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsinədək, Hüseyn Cavid prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsinədək, digər küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısından "Təzə bazar"a doğru), Koroğlu Rəhimov küçəsi ("Odlar Yurdu" Universitetinin qarşısı), Babək prospekti (mərkəzə doğru), o cümlədən A.Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqamətində) və Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
 
BAKU.WS