“Meyvəli” bazarında yanğın olub - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.W-ə bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
***21:00
Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, yanğın ərzaq mağazalarını birində qeydə alınıb.
Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.
Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat verilmir.
Oxşar xəbərlər
"Sədərək"dəki güclü yanğın söndürüldü - YENİLƏNİB - VİDEO
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb. BAKU.WS FHN-ə istinadla xəbər verir ki,...