SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Avtoqəza zamanı ölənlər Elgiz və Rəmzi adlı şəxslərdir. Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA