Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu - YENİLƏNİB

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.
Bu barədə "Report"a onun yaxınları məlumat verib.
Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından vəfat edib.
Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.
***09:42
Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, onun Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfildən vəfat edib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...
