SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında baş verib.

Hadisə "Mercedes", "Assamnad", "Toyota-Prado" sərnişin, "Ford-Transit" markalı yük avtomobilləri toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Qəza nəticəsində yolda yaranan uzun tıxac səbəbi ilə magistralda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS