Zəncirvari qəza - 4 avtomobil toqquşdu

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında baş verib.
Hadisə "Mercedes", "Assamnad", "Toyota-Prado" sərnişin, "Ford-Transit" markalı yük avtomobilləri toqquşub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Qəza nəticəsində yolda yaranan uzun tıxac səbəbi ilə magistralda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Gəncədə zəncirvari yol qəzası olub, yaralılar var
Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 4 avtomobil toqquşub.Hadisə yerinə hüquq-mü...
