SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, hadisə Koroğlu Rəhimov küçəsində, Odlar Yurdu Universitetinin qarşısındakı piyada keçidində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil qadını vurub.

Kadrdan göründüyü kimi, “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidinə doğru yüksək sürətlə hərəkət edir. Sürücünün kobud qayda pozuntusu və məsuliyyətsizliyi sonda dəhşətli qəzanın baş verməsinə səbəb olur.

Hadisənin görüntülərini təqdim edirik:

BAKU.WS
VİDEO