110 min manat verib məktəb direktoru olmaq istədi, aldadıldı - Silsilə dələduzluğun TƏFƏRRÜATI
Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verməklə şəxslərin pullarını mənimsəməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin ifadələri dinlənilib.
Zərərçəkmiş P.Əliyev həyat yoldaşını məktəbdə işə düzəltmək üçün Zaur Mustafayevə müraciət etdiyini deyib:
"Zaur bizə dedi ki, yoldaşımı Şamaxı Pedaqoji Kollecinə ingilis dili müəlliməsi təyin etdirəcək. Bakıda Nərimanovda 19 may 2023-cü ildə görüşdük və 15 min manatı şəxsən təqsirləndirilən şəxsin özünə vermişəm. Pulumuzu geri istədik, 8 min manatını verib, 7 min qalıb".
Zərərçəkmiş Tünzalə Məmmədova isə bildirib ki, sertifikasiyadan kəsildiyi üçün Mustafayevə müraciət edib:
"Atam dedi ki, Zaur adlı şəxs var, o, kömək edəcək. 12 min 500 manat bankdan götürüb verdik. Ancaq işimizi düzəltmədi".
Gülnarə Yusifova isə təqsirləndirilən şəxsin ona 7 min manat zərər vurduğunu deyib.
Digər zərərçəkən Rəna Məmmədova isə deyib ki, təqsirləndirilən şəxs onu məktəb direktoru vəzifəsinə düzəldəcəyi ilə bağlı yalan vəd verərək 110 min manat pulunu alıb.
Daha sonra məhkəmə sənədlərinin tədqiqinə başlanılıb.
Növbəti iclas aprelin 9-na təyin edilib.
Xatırladaq ki, cinayət işində ziyanın ümumi miqdarı 200 min manatdan çoxdur. Təqsirləndirilən şəxs zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. İş üzrə 15 zərərçəkmiş var.
Təqsirləndirilən şəxs Zaur Mustafayev özü isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Ərini öldürüb həyətdə basdıran qadının dəhşətli etirafları: "Altı yaşlı oğlum da evdə idi"
Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı evin həyətində basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçiri...