11 min manatlıq optik naqil oğurlayan şəxs həbs edildi
Bakının Binəqədi rayonunda 11 min 840 manat dəyərində optik naqil oğurlamaqda təqsirləndirilən şəxs həbs olunub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11 min 840 manat olan optik naqil oğurlanıb.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şahin Şıxlinski işi: Yalan ittihamlar məhkəmədə ifşa edildi
İş adamı Fehruz Şirinov Ural bölgəsində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski barəsində həqiqətə uyğun olmayan məlumatlar yaydığını etiraf edib....