11 ədəd dezodorant oğurlayan şəxsə hökm oxundu
Səbail rayonu, Səməd Vurğun küçəsi, 3 ünvanında yerləşən supermarketdən 11 ədəd dezodorant oğurlanıb.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1990-cı ildə Bakı şəhərində anadan olmuş Cavid (şərti) adlı şəxs tutulub.
O, müştəri qismində marketə daxil olaraq, 11 ədəd dezodorantı geyiminin altında gizlədərək oğurluq edib. Təqsirləndirilən şəxs məhkəmədə etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı müəyyən müddətə ödəyəcəyini bildirib və barəsində yüngül cəza seçilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Cavid İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 180 saat ictimai işlərə cəlb olunma təyin olunub.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...