Zaqatala sakinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edilib

Zaqatalada 36 yaşlı kişinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Paşan kənd ərazisində baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Şabanov traktora qoşulan ot doğrayan aqreqatla ot xırdalayan zaman ehtiyatsızlıqdan onun sağ qolu qurğunun dəmir çarxları arasında qalıb.
Ş.Şabanovun sağ qolu dirsək nahiyəsindən ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılan Ş.Şabanovun sağ qolu dirsək nahiyədən amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli qətl - FOTO
2018-сi il aprelin 21-də daxil olan məlumat əsasında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Maştağa qəsəbəsində üzərində zorakılıq əlamətləri ilə qəsəbə sakini Hə...