SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, partlayış nəticəsində Musayeva Aytən dağıntılar altında qalaraq ölüb.

Hazırda dağıntılar altında qalan uşağın axtarışları davam etdirilir. Ehtimal edilir ki, həmin azyaşlı Musayeva Aytənin övladıdır.

Qeyd edək ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından altı vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

***08:44

Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.

Bu barədə BAKU.WS FHN-ə istindən xəbər verir.

Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN-in xilasedicilərinin müdaxiləsi nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

BAKU.WS