Rüşvət alan baş həkimlə bağlı qərar verildi

Binəqədi Rayon Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
“Report” xəbər verir ki, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin edilib və C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
İki uşaq anasını intim fotoları ilə şantaj etdi - Bakıda iyrənc hadisə
Bakıda qadını intim şəkilləri ilə şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Faiq Qasımovun (cinayət işində adı keçən şəxslərin...
