20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı

21
yan
2021
10:44
Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Restorandakı zəhərlənmə ilə bağlı həbslər başladı
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq zəhərlənən şəxslərlə bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasında...