13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanılıb.

BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Cinayət Axtarışı İdarəsi və Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Nofəl Qafarov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS