Kürəkən yaşlı qayınanasını döydü

Kürəkən yaşlı qayınanasını döydü
Hadisə 257

Şəmkir rayonunda 66 yaşlı qadın döyülüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Pasanlı kəndində qeydə alınıb.

Kənd sakini 1954-cü il təvəllüdlü Vəliyeva Müşginaz İsa qızı döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.İlkin məlumata görə, qadını ailə münaqişəsi zəminində kürəkəni döyüb.

Hələlik hadisənin səbəbləri bilinmir, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Son xəbərlər