Tibb Universitetinin qəzada həlak olan tələbələrinin fotosu

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbə İlkin Ağamirzəyev isə ağır yaralanıb.
BAKU.WS xəbər verir ki, tələbələrin hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar.
COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub.
Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir.
Oxşar xəbərlər
Bakıda dəhşətli qəzada ölənlər COVİD-19-la mübarizədə könüllü işləyirdilər
Azərbaycan Tibb Universitetindən Bakıda baş verən qəza barədə açıqlama verilib. BAKU.WS xəbər verir ki, Bakının Xətai rayonu, Nobel prospektində qeydə alınan qə...
